BAKI, 9 fev — Sputnik. "Türkiyə Suriyada başlatdığı "Fərat Qalxanı" əməliyyatını Dəməşq rejiminin icazəsi ilə davam etdirməlidir". Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Aleksandr Xarçenko deyib.
O, Moskvanın hər zaman bu mövqedə qaldığını və bunu Ankaranın da bildiyini qeyd edib: "Ümid edirik ki, Türkiyə bizimlə olan əməkdaşlıq çərçivəsində, Suriya ilə bağlı mövqeyində dəyişiklik edəcək".