Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məmmədyarov Rusiya səfiri ilə Lapşinin məsələsini müzakirə edib

© Sputnik / Murad OrujovГлава МИД Азербайджана Эльмар Мамедъяров
Глава МИД Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibə verib

BAKI, 8 fev — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüşüb. Sputnik Azərbaycan-ın məlumatına əsasən, bu barədə Məmmədyarov RİA Novosti-yə müsahibəsində bildirib.

Məmmədyarovun bildirdiyinə görə, görüşdə Belarusdan Azərbaycana ekstradisiya olunan bloqçu Aleksandr Lapşinlə bağlı məsələ müzakirə edilib. Belə ki, Rusiya konsulunun yaxın iki gündə A. Lapşinlə görüşəcəyi gözlənilir.  

“Məsələ ilə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Rusiya konsulu bu günlərdə Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Bu gün biz texniki məsələləri həll edəcəyik. Səfirliyin onunla danışmaq imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Məsələ ilə bağlı hər hansı bir maneə görmürəm" — Məmmədyarov bildirib. 

Rusiya səfirliyi, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya səfirliyi Lapşinlə görüş üçün XİN-ə müraciət edib

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqçu Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. 

Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməyib və Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya edilib. 

Lapşin fevralın 8-də Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xəbər lenti
0