Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Arsen Yerevanski Rusiyada həbs olunub

CC0 / Alexas_Fotos / arestМужчина, закованный в наручники. Архивное фото
Мужчина, закованный в наручники. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mkrtıçyanla birlikdə saxlanılan narkotik və silah alverçisi də Qafqaz əsilli ermənidir

BAKI, 3 fev — Sputnik. Güc strukturlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində məşhur erməni "qanuni oğru", Arsen Yerevanski kimi tanınan Arsen Mkrtıçyan və onun 10 yoldaşı saxlanılıb. Rusiya DİN-nin Cinayət Axtarış Baş İdarəsinin (CABİ) əməkdaşları Kiyev şossesindəki yolqırağı kafelərdən birində reyd keçirib.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, 39 yaşlı Mkrtıçyanla birlikdə on nəfər də saxlanılıb ki, onlardan da biri regionda vəziyyətə nəzarət edən şəxsdir. Hələlik adı açıqlanmayan həmin şəxs narkotik alverçisidir və saxlanılan zaman onun üzərində bahalı narkotik sayılan "duri" aşkarlanıb. "Qanuni oğru" Arsen Yerevanskidən isə metadon və heroin tapılıb.

Sputnik Azərbaycan "Prestupnaya Rossiya"ya istinadla xəbər verir ki, erməni qanuni oğru və yoldaşları növbəti "sxodka" zamanı yaxalanıblar. Rusiya DİN CABİ və Rusiya DİN Kaluqa vilayəti Cinayət-axtarış şöbəsi "sxodka" barədə məlumat əldə etdikdən sonra birgə əməliyyat keçiriblər.

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
"Qanuni oğru"lar arasında böyük müharibə başlayır

Rusiya DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Mkrtıçyanla birlikdə saxlanılan narkotik və silah alverçisi də Qafqaz əsilli ermənidir. Arsen Yerevanski ev dustaqlığına buraxılsa da, onun narkotik taciri olan ortağı hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. 

Arsen Yerevanski barədə o məlumdur ki, o, öz dayısı, hazırda həyatda olmayan Kndo ləqəbli avtoritet tərəfindən "qanuni oğru" kimi "şərəfləndirilib". O, Kaluqa vilayətinin oğru mühitində avtoritet kimi yetişib. Yerevanski iri məbləğdə pul vəsaitlərini qanunsuz yollarla nağdlaşdırdığına görə əməliyyatçılar tərəfindən saxlanılıb. Bununla yanaşı, onun digər cinayət əməlləri də üzə çıxıb.

Arsen Mkrtıçyanın "qanuni oğru"luğa gedən yolu 2009-cu ildə başlanıb. O, 28 noyabr 2009-cu ildə soyğunçuluqda, silah və narkotiklərin qanunsuz saxlanılmasında günahlandırılıb. Mıtişinski şəhər məhkəməsi onu 3,5 illiyə azadlıqdan məhrum edib. "Qanuni oğru"nu əməliyyatçılar 2009-cu ilin 26 mart gecəsi Şarapov keçidindəki "Uğur vulkanı" oyun klubunda saxlayıblar. Saxlanılanda onun üzərindən 10 qram heroin tutulub.

Xəbər lenti
0