BAKI, 2 fev-Sputnik. Rusiya prezidenti Vladimir Putin güc strukturlarının 16 generalının vəzifədən xaric edilməsi haqqında fərman imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiyanın hüquqi informasiyaların rəsmi internet portalına istinadla xəbər verir.
Rusiya prezidentinin fərmanı ilə iki general hərbi xidmətdən uzaqlaşdırılıb. Bu fərmanın səbəbləri barədə məlumat verilmir. Həmçinin prezident Vladlen Aksyonov və Pavel Barışevi fövqəladə hallar nazirinin müavinləri vəzifəsinə təyin edib. Rusiyanın 2 vilayətinə də yeni prokurorlar təyin olunub.
Ümumilikdə fərman DİN, FHN və İstintaq Komitəsini əhatə edir.