Jurnalistlərin nəzərinə!
Fevralın 3-də saat 14:00-da “Müstəqil Dövlərlət Birliyinə üzv dövlətlərin xarici siyasət prioritetləri” mövzusunda Moskva-Minsk-Astana-Kişinyov-Bakı videokörpüsü olacaq.
2-3 fevral tarixlərində MDB-nin Minskdəki mənzil-qərargahında “2017-ci ildə MDB çərçivəsində əməkdaşlığa dair" XİN-lərarası məsləhətləşmələr olacaq. Bu məsləhətləşmələr 1995-ci ildən etibarən ardıcıl olaraq keçirilir.
Videokörpü zamanı XİN-lərarası məsləhətləşmələrin yekunları müzakirə olunacaq. Xarici siyasət, regional və qlobal siyasətin aktual məsələlərinə dair qarşılıqlı maraqlar nöqteyi-nəzərindən fikir mübadiləsi aparılacaq.
İştirakçılar:
Bakıda: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov;
Moskvada: Strateji planlaşdırma və proqnozlaşdırma İnstitutunun direktoru, REA-nın Sosiologiya İnstitutunun baş elmi əməkdaşı Aleksandr Qusev;
Rusiya Dövlət Humanitar Universitetinin dosenti, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Aleksandr Quşin.
Minskdə: Belarus Respublikasının prezidenti yanında İdarəetmə Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının müdiri Sergey Kizima
Astanada: “Birlik” partiyasının sədr müavini, Avropa Ekspertlər Şəbəkəsinin həmsədri Bolat Baykadamov.
Kişinyovda: postsovet məkanında siyasət sahəsində ekspertlər.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.