Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Maliyyə Nazirliyindən devalvasiya təklifi: başqa çarə yoxdur

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidDollar və rubl
Dollar və rubl - Sputnik Azərbaycan
Abunə olmaq
"Milli valyutanın zəifləməsi idarə olunan olsa, neftin qiyməti 61 dollar olduğu təqdirdə də büdcə kəsirsiz icra oluna bilər"

BAKI, 31 yan — Sputnik. Rusiyanın Maliyyə Nazirliyi rublun, təxminən 10 faiz devalvasiyasını təklif edir. Sputnik Azərbaycan lenta.ru-ya istinadla xəbər verir ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin əsas parametrləri üzrə hesablamalar aparıb.

Qurumun rəsmiləri hesab edirlər ki, rubl devalvasiyaya uğramasa, dövlət büdcəsi, yalnız neftin 1 barelinin 76 dollar olacağı təqdirdə balanslaşa bilər. "Lakin, rublun zəifləməsi idarə olunan olsa, neftin qiyməti 61 dollar olduğu təqdirdə də büdcə kəsirsiz icra oluna bilər" — nazirliyin mütəxəssisləri qeyd edirlər.

Maliyyə Nazirliyi yeni büdcə qaydasını bu il Dövlət Dumasına təklif etməyi planlaşdırır.

Xəbər lenti
0