Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Daha bir küçəyə Andrey Karlovun adı verilib

© Photo : Rusiyanın Türkiyədəki SəfirliyiSəfir Andrey Karlov
Səfir Andrey Karlov - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici İşlər Nazirliyi əməkdaşlarının yaşadığı məhəllənin yaxınlığındakı küçəyə mərhum səfirin adı verilib

BAKI, 31 yan — Sputnik. Ötən ilin dekabrında Ankarada sui-qəsdə qurban gedən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun adı daha bir küçəyə verilib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, bu dəfə onun adını doğma ölkəsində bir küçə daşıyacaq.

Belə ki, paytaxt Moskvada, Xarici İşlər Nazirliyi əməkdaşlarının yaşadığı məhəllənin yaxınlığındakı küçəyə mərhum səfirin adı verilib. Xatırladaq ki, Ankaradakı küçələrdən birinə də Andrey Karlovun adı verilmişdi.

Xəbər lenti
0