BAKI, 30 yan — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (RTƏŞ) iclasında iştirak etmək üçün mart ayında Rusiyaya səfər edəcək. Sputnik Türkiyə-nin verdiyi məlumata görə, mart ayının ilk günlərində Rusiyada keçiriləcək RTƏŞ-in toplantısı çərçivəsində Ərdoğanın Moskvaya səfəri və prezident Vladimir Putinlə görüşü gözlənilir.
Sözügedən toplantıda Putin və Ərdoğanın sədr qismində iştirak edəcəyi bildirilir. Görüşlərdə, xüsusilə Türkiyənin ərzaq məhsullarına qarşı məhdudiyyətlərin ləğv olunması, Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması, həmçinin başda Suriya olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.