BAKI, 30 yan — Sputnik. "Biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə prosesini dəstəkləyirik".
APA-nın məlumatına görə, bu sözləri Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları məsələləri üzrə Avropa Komissiyasının baş direktoru Kristian Danielson ADA Universitetində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: yeni qlobal kontekstdə çağırışlar və imkanlar” adlı dəyirmi masada deyib.
O bildirib ki, münaqişənin həlli ilə bağlı davam edən beynəlxalq proses mövcuddur: "Hər kəs kimi, biz də irəliləyiş görmək istəyirik".