BAKI, 29 yan — Sputnik. Dünən ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub. Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər arasında 45 dəqiqə davam edən telefon danışığında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi və mövcud soyuqluğun aradan qaldırılması imkanları müzakirə olunub.
Prezidentlərin müzakirə etdikləri əsas mövzular sırasında beynəlxalq terrorçuluğu qarşı mübarizə, həmçinin Suriya və Ukrayna problemləri olub. Lakin Tramp və Putin, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılması məsələsinə toxunmayıblar.