BAKI, 24 yan — Sputnik. Rusiya, Türkiyə və İran Astanada keçirilən danışıqlarda Suriyada atəşkəsin pozulması hallarını nəzarətdə saxlamaq üçün, üçtərəfli monitorinq qrupu yaratmaq barədə razılığa gəlib. Sputnik xəbər verir ki, bu mexanizm əvvəlkindən fərqli olaraq, ən xırda atəşkəs pozuntularını da qeydə alaraq, qarşıdurma tərəflərinə təzyiq göstərmək imkanına malik olacaq. Günün sonunda qəbul ediləcək yekun bəyanatda bu mexanizmin də yer alacağı qeyd olunub.
Rusiya, Türkiyə və İran razılaşdı
17:05 24.01.2017 (Yenilənib: 19:03 16.11.2021)
© Sputnik / Mikhail AlayeddinSuriyada münaqişə
© Sputnik / Mikhail Alayeddin
Abunə olmaq
Ən xırda atəşkəs pozuntuları belə, qeydə alınaraq tərəflərə təzyiq göstəriləcək