Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazirlər Qarabağ münaqişəsinin həllini ətraflı müzakirə etdilər

© AP Photo / Ivan SekretarevAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və RF-nın xarici işlər naziri Sergey Lavrov
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və RF-nın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya XİN başçısı Serqey Lavrov prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparıblar

BAKI, 24 yan — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü ilə Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb.

Sputnik Azərbaycan-ın XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib.

Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib.

Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0