BAKI, 22 yan — Sputnik. Bu gün Vahid Rusiya Partiyasının qurultayında baş nazir Dmitri Medvedev yenidən hakim partiyanın sədri seçilib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, D. Medvedev 2012-ci ildən Vahid Rusiya Partiyasının sədridir.
Partiyanın sədri 5 illik müddətə seçilir. Medvedev partiya üzvlərinə göstərilən etimada görə təşəkkür edib.
Qurultayda Boris Qrızlov da yenidən partiyanın idarəetmə orqanı olan Ali Şuranın Bürosunun rəhbəri seçilib.