BAKI, 20 yan – Sputnik. Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı, ölkəyə turist axınını gücləndirmək üçün hərəkətə keçəcəklərini açıqlayıb. Bunun üçün bir neçə vacib məqama toxunan N.Avcı, əsasən türk seriallarına dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Sputnik Azərbaycan bu barədə Sözcü qəzetinə istinadən məlumat yayır.
“Bilirsiniz, türk serialları yaxşı alınır və dünyanın əksər ölkələrində sevərək izlənilir. Xüsusilə Rusiyada. Ruslar türk seriallarını sevirlər. Hətta bu ölkə ilə birgə kino layihəsi üzərində də işləməyi düşünürük. Keçən il kino sahəsinə 25 milyon lirə xərcləmişdik. Bu il bu məbləğ 40 milyon olacaq” — nazir qeyd edib.