BAKI, 20 yan — Sputnik. "Suriya məsələsinin həllində müsbət irəliləyiş hiss olunur". Sputnik xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
O, yanvarın 23-də Astanada keçiriləcək görüşün bu prosesin sürətlənməsində vacib rol oynayacağını bildirib: "Suriya məsələsində müsbət irəliləyiş olduğu müşahidə olunur. Artıq bütün tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında diplomatik həlldən başqa yol olmadığı fikri ilə razıdır".