Erməni silahlı birləşmələrinin mövqeləri ilə bu yaşayış məntəqəsinin arasında olan məsafə, təqribən 200 metrdir. Kənd yolunda, təhlükəli sahələrə daxil olmamaq haqqında xəbərdarlıq lövhəsi yerləşdirilib. Qarşı tərəfin mövqelərindən müşahidə edilən yolu güllələrdən, qismən torpaq sədd qoruyur.
Kənd sakinləri hər gün bu təhlükəli yollarla işə, məktəbə gedib-gəlmək məcburiyyətindədirlər.