BAKI, 19 yan — Sputnik. "Biz Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini heç vaxt tanımayacağıq". Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko, Davosda İlham Əliyevlə keçirdiyi görüş zamanı deyib.
"Ukrayna Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Mən tam əminliklə ifadə edirəm ki, təmsil etdiyim ölkə "Dağlıq Qarabağ"ın müstəqilliyini qəbul etmir və etməyəcək" — deyə Poroşenko bildirib.