BAKI, 19 yan – Sputnik. Birləşmiş Ştatlar rəsmən Qazaxıstanın paytaxtında keçiriləcək Suriyaya dair danışıqlara dəvət edilib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. O, ABŞ-ın Moskvadakı səfiri Con Tefft-ə məlumat verildiyini vurğulayıb.
“Mən bu dəvəti onunla görüşdə şəxsən çatdırdım. Onları Astanaya dəvət etdik. Qazaxıstanlı dostlarımız tərəfindən imzalanmış dəvəti onlara verdik" — Boqdanov məlumat verib.
Qeyd edək ki, Astanada Suriya üzrə danışıqlar yanvarın 23-də keçiriləcək.