BAKI, 18 yan — Sputnik. "Əgər Suriyaya müdaxilə etməsəydik, Əsəd rejimi iki- üç həftəyə devriləcəkdi". Sputnik Azərbaycan Timetur-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşündə deyib.
"Bəşər Əsəd bizdən Suriyaya müdaxilə etməyimizi istəyən zaman, paytaxt Dəməşq artıq müxaliflərin əlinə keçmək üzrə idi. İnanıram ki, biz müdaxilə qərarı verməklə doğru addım atdıq. Çünki Amerika İŞİD və bu kimi terror qruplaşmalarından Əsədi devirmək üçün istifadə edirdi" — deyə Lavrov əlavə edib.