Bu yaxınlarda Azərbaycanda orta ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün buraxılış imtahanlarının yeni qaydaları müəyyənləşib. Bu qaydalara əsasən, imtahanlarda təkcə şagirdlərin bilik səviyyəsi deyil, meylləri də öyrəniləcək.
Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün — Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün — rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar.
Nəticədə, ixtisaslaşmış siniflər formalaşdırılacaq.