BAKI, 17 yan — Sputnik. "Rusiya və Türkiyədən olan millət vəkilləri arasında әn qısa zamanda dialoq başlamalıdır". Sputnik TRT-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının xarici әlaqәlәr komitәsinin sәdri Konstantin Kosaçev deyib.
O, türk vә rus deputatlar arasında qarşıdakı aylarda görüş keçirilәcәyini vә müzakirәlәrin yazın sonunda başlayacağını deyib: "Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Berat Çonkar ilə iki ölkənin deputatları arasında keçirilәcәk görüşün yerini və zamanını müzakirә edirik. Hələlik dәqiq qәrar verməmişik. Ancaq rus və türk deputatlar arasında dialoqun әn qısa zamanda başlaması iki tərəfin də xeyrinə olacaq. Buna heç bir şübhə yoxdur".