Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baş Prokurorluğun nümayəndə heyəti Moskvada səfərdə olub

© Sputnik / Anar MustafayevBaş Prokurorluq
Baş Prokurorluq - Sputnik Azərbaycan
Abunə olmaq
Rüstəm Usubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib

BAKI, 16 yan — Sputnik. Yanvarın 11-dən 13-dək Rusiya Federasiyası Baş Prokurorunun dəvəti ilə, Rusiya Prokurorluğunun 295 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün, Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
9 nəfər prokurorluq orqanlarından xaric edilib

Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırıb. Görüşdə iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak edib. Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Nümayəndə heyətimiz mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nümayəndə heyətimizi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu müşayiət edib.

Xəbər lenti
0