BAKI, 14 yan — Sputnik. Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
“ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik” — deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.