BAKI, 12 yan — Sputnik. Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalanıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.
Sənəddə həmçinin, terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.