BAKI, 12 yan — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Sputnik xəbər verir ki, liderlər Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı hər iki prezident Suriyada atəşkəsə riayət olunduğunu bildiriblər. Qeyd olunub ki, Moskva və Ankaranın vasitəçiliyi ilə Suriya rejimi və müxalifət arasında atəşkəsə dair əldə edilmiş razılığa riayət edilir.
Xatırladaq ki, Astanada Suriya ilə bağlı danışıqların aparılmasına birgə səy göstərilməsinə dair razılıq əldə olunub.