Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Gələcək dövlət katibi: "Ərdoğana başa salmalıyıq ki..."

© REUTERS / Jonathan ErnstReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın yeni dövlət katibi: "Rusiyanın qalıcı bir müttəfiq olmadığını türklərə izah etmək lazımdır"

BAKI, 12 yan — Sputnik. "ABŞ-ın Suriyada heç bir planı olmadığını görən Türkiyə məcburən üzünü Rusiyaya çevirdi. Biz Ərdoğanla yenidən işləməli və onu başa salmalıyıq ki, Rusiya daimi müttəfiq deyil, Türkiyənin əsl müttəfiqi Amerikadır".

Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: "ABŞ-a "dost" deməyə dilim gəlmir"

Sputnik US NEWS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibi olaraq təyin etdiyi Reks Tillerson, Senatda sualları cavablandırarkən deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkrar çalışmalıyıq. Türkiyə bizim çox köhnə NATO müttəfiqimizdir".

"Bölgədə ABŞ-ın fəaliyyətsizliyindən narahat oldular və üzlərini Rusiyaya çevirdilər. Lakin Moskva daimi müttəfiq deyil. Rusiyanın qalıcı bir müttəfiq olmadığını türklərə göstərmək lazımdır. Türkiyənin müttəfiqi ABŞ-dır" — Tillerson qeyd edib.

Xəbər lenti
0