Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus konsulun ölümü ciddi müəmmalara yol açır

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər bundan sonra növbəti bir rusiyalı diplomata qarşı sui-qəsd baş verərsə..."

BAKI, 10 yan — Sputnik. Xəbər verdiyimiz kimi, Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malaninin evində ölü tapılıb. Yunan polisinin məlumatına görə, 55 yaşlı konsul təbii səbəblərdən dünyasını dəyişib.

© Photo : RFE/RLİlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert - Sputnik Azərbaycan
İlham İsmayıl, təhlükəsizlik məsələləri üzrə ekspert

Lakin son vaxtlar dünyanın fərqli ölkələrində rus diplomatlarına qarşı edilən hücumlar və sui-qəsdlər Yunanıstandakı müəmmalı ölümün də bu kateqoriyaya aid olma ehtimalını gücləndirib. Mövzunu Sputnik-ə dəyərləndirən keçmiş MTN polkovniki İlham İsmayıl isə hesab edir ki, rus konsulun evində ölü tapılması, onun öldürülməsi və ya terror aktı olması anlamına gəlmir.

"Yunanıstan polisinin də dediyi kimi, çox güman ki, o, xəstəlikdən ölüb. İlkin ehtimal, versiya hazırda budur. Əgər bunun arxasından başqa bir şey çıxarsa, yəni növbəti rus diplomatına qarşı sui-qəsd faktoru olarsa, o zaman asanlıqla demək olar ki, bəli, rus diplomatlar dünya miqyasında hədəfə götürülüb və bu, hansısa bir mərkəzdən idarə olunur" — ekspert bildirib.

İ. İsmayıla görə, Rusiyanın dünyadakı nümayəndəlikləri hazırda qlobal terror şəbəkələrinin əsas hədəfi deyil: "Çünki onlar hədəfdə olsaydılar, İŞİD bütün diqqətini rus diplomatlarına qarşı birbaşa sui-qəsdə yönəldərdi. Amerika və Avropa ilə müqayisədə Rusiya terror şəbəkələrinin hədəfində əsas rol oynamır".

Lakin İlham İsmayıldan fərqli olaraq, politoloq Fikrət Sadıxov hesab edir ki, konsul Andrey Malaninin cavan yaşda dünyasını təbii səbəbdən dəyişməsi şübhə doğurur. "Verilən ilkin məlumatlara görə, guya rus diplomatın ölümü xəstəlikdən olub. Bu, çox müəmmalı ölümdür" — Sadıxov Sputnik-ə açıqlamasında bildirib.

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

"Çünki Andrey Malanin cavan insan idi. Onun belə bir yaşda təbii səbəblərdən dünyasını dəyişməsi bir az şübhəli görünür" — politoloq əlavə edib.

O, hazırda dünyada rusiyalı diplomatlara qarşı hücumların sayının artdığını deyib: "Rusiya bir tərəfdən Avropa və Amerikanın sanksiyaları ilə üzləşib, digər tərəfdən İŞİD-ə qarşı Suriyada zərbələr endirir. Bu da Rusiyanı hədəf ölkəyə çevirir".

"Suriyadakı silahlı müxaliflər və digər ekstremist təşkilatlar Rusiyanın havadan zərbələrinə cavab tədbirləri haqda planlar cızır. Ona görə düşünürəm ki, Afinadakı konsulun ölümü diqqətlə araşdırılmalıdır" — Fikrət Sadıxov əlavə edib.

Xəbər lenti
0