BAKI, 10 yan — Sputnik. Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin vəfat edib. Sputnik Vesti.ru-ya istinadən xəbər verir ki, Malanin yaşadığı evdə ölü tapılıb.
Onun səhər işə gəlmədiyi, telefon zənglərinə cavab vermədiyi açıqlanıb. Yunan polisinin məlumatına görə, 55 yaşlı konsul təbii səbəblərdən dünyasını dəyişib.