BAKI, 7 yan – Sputnik. Rusiyanın ABŞ-dakı son seçkilərə müdaxiləsini araşdıran Mərkəzi Kəşfiyyat Agentliyi hazırladığı hesabatı ictimaiyyətlə paylaşıb. Sputnik bu haqda Britaniya mətbuatına istinadən məlumat yayır.
Hesabata görə, Rusiya dövlət başçısı Vladimir Putin, seçkidə Donald Trampın qalib olması üçün seçki nəticələrinə kiber hücum əmri verib.
Raportda deyilir ki, Kreml Donald Trampın qələbəsinə kömək etmək üçün imkan olan bütün hallarda digər namizədi — Hillari Klintonu gözdən salıb.
Hesabat yeni prezident Donald Trampla tanış edildikdən sonra mediaya ötürülüb.
Tramp Rusiyanı tənqid etməkdən çəkinsə də, bildirib ki, Rusiyanın müdaxiləsi seçki nəticəsinə təsir göstərməyib.