BAKI, 6 yan — Sputnik. Atlas analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından 2016-cı ilin yekunlarına, həmçinin xarici siyasət və təhlükəsizlik məsələlərinə dair 500 nəfər arasında keçirilmiş sosioloji sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Ekspertin sözlərinə görə, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyə dəyməz.