BAKI, 29 dek — Sputnik. ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır.
RİA Novosti verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ administrasiyasından bildirilib.
Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar.
Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar.
Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.