QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Bakı cəbhədəki son hadisələrə reaksiya verdi

© Sputnik / Murad OrujovAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan işğal olunmuş ərazilərdə öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır"

BAKI, 29 dek — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhədəki son vəziyyətlə bağlı bəyanat verib. Sputnik nazirliyin saytına istinadla xəbər verir ki, bəyanatda Azərbaycan XİN Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun 29 dekabr 2016-cı il tarixində, səhər saatlarında, Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.

Флаги стран-участниц Организации Договора о коллективной безопасности - Sputnik Azərbaycan
QARABAĞ
"KTMT-nin bəyanatı siyasi təxribatdır"

Burada qeyd olunur ki, Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə, Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır.

"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir", — bəyanatda qeyd olunur.

Bildirilir ki, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik: "KTMT-nin Baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "Dağlıq Qarabağ Respublikası" kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin Baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir".

XİN bəyan edir ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
QARABAĞ
Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib

Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən, bölmələrimizin pusqusuna düşüb. Döyüş zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistanın Tavuş əyalətində döyüş toqquşması nəticəsində Ermənistan SQ-nin 3 hərbçisi həlak olub. Həlak olanlardan biri zabitdir.

Hadisə ilə bağlı, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) verdiyi bəyanat isə Azərbaycanda ciddi narahatlıq doğurub. KTMT Ermənistanın Çinari kəndi yaxınlığındakı silahlı insidenti xüsusi narahatlıqla qarşılayıb. Təşkilatın baş katibi Nikolay Bordyuja, "KTMT üzvü olan ölkənin ərazisindəki belə hərəkətləri təxribat xarakterli hərəkətlər kimi qəbul edirik", deyib. Həmçinin KTMT-nin rəsmi saytında işğal edilmiş Dağlıq Qarabağ haqqında "respublika" ifadəsi işlənib.

Xəbər lenti
0