QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtkin düşmüş hərbçimizlə bağlı araşdırma aparılır

Abunə olmaq
Dövlət Komissiyası: "Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır"

BAKI, 29 dek — Sputnik. Azərbaycan tərəfi itkin düşmüş Azərbaycan hərbçisi ilə bağlı beynəlxalq təşkilatlarla birgə araşdırma aparır. Bu barədə APA-ya Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından bildirilib.

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
QARABAĞ
Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür. Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 hərbçi itirdiklərini açıqlayıb.

Xəbər lenti
0