Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bölgədə yeni geosiyasi blok yaranır

© AP Photo / Charles DharapakTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Amerika ilə Türkiyənin münasibətləri daha da gərginləşəcək"

BAKI, 29 dek — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla, terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. Onun sözlərinə görə, koalisiya qüvvələri İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmir. 

© Sputnik / PAKİZƏ Q.Azər Rəşidoğlu, politoloq
Azər Rəşidoğlu, politoloq - Sputnik Azərbaycan
Azər Rəşidoğlu, politoloq

"Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG də daxil olmaqla, digər terror qruplaşmalarına dəstək verirlər. Bu, gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var", — deyə Ərdoğan qeyd edib.

ABŞ Dövlət Departamenti isə Türkiyə prezidentinin, ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur: "Bu ittiham cəfəngiyatdır".

Mövzunu Sputnik-ə şərh edən politoloq Azər Rəşidoğlunun sözlərinə görə, Ərdoğan bu bəyanatı ilə Rusiya prezidenti Vladimir Putinin fikirlərini dəstəkləyib: "Ərdoğan hakimiyyətinin Vaşinqtonla münasibətləri onsuz da soyuq idi. Bu bəyanatdan sonra Türkiyə — ABŞ münasibətləri daha da gərginləşəcək. Faktiki olaraq, Ərdoğan bu bəyanatla Putinin bu günədək dediyi fikri təsdiqləmiş oldu. Bu baxımdan, Amerika ilə Türkiyə arasında münasibətlərin gərginləşəcəyini də ehtimal edə bilərik".

"Artıq üfiqdə yeni bir blokun konturları görünür — Türkiyə, İran və Rusiya arasında yeni bir əməkdaşlıq yaradılmaqdadır. Lakin Türkiyə ordusu, kəşfiyyatı və siyasi dairələri illərlə Amerikanın təsirində olub. Bu baxımdan, rəsmi Ankaranın Vaşinqtonla belə açıq savaşa çıxması Ərdoğan hakimiyyətinə qarşı hansısa addımların atılması ilə nəticələnə bilər", — deyə Azər Rəşidoğlu bildirib.

Ekspert hesab edir ki, bəyanat Türkiyədə iqtisadi böhranın dərinləşməsinə də səbəb ola bilər: "Ölkə daxilində etnik və dini zəmində qarşıdurmalar arta bilər. Bundan başqa, Türkiyədə terror aktlarının, sui-qəsdlərin artacağını proqnozlaşdıra bilərik".

Xəbər lenti
0