BAKI, 27 dek — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürən Mevlut Altıntaşın sevgilisi polisə ifadə verib. Sputnik bu barədə Hürriyet-ə istinadən məlumat verir.
Təhlükəsizlik səbəbilə adı mətbuata açıqlanmayan həmin qadın, Mevlutun özünə qapanıq biri olduğunu, bu səbəblə aralarının "soyuq" olduğunu deyib: "Hansısa təşkilata bağlı olduğundan xəbərim yoxdur. Çox sakit, özünə qapanıq biri idi. Münasibətimiz elə də ciddi deyildi. Sadəcə olaraq ara-sıra telefonda danışırdıq. Xasiyyətini bəyənmədiyim üçün, o elə də xoşuma gəlmirdi".