BAKI, 26 dek — Sputnik. Rusiyanın paytaxtı Moskvada bomba həyəcanı verilib. Daxili işlər orqanlarına gələn naməlum zənglərdən sonra rus polisi təcili hərəkətə keçib. "Kazan", "Yaroslavl" və "Leninqrad" metrostansiyalarından 3 min nəfər evakuasiya edilib.
Sputnik xəbər verir ki, RİA Novosti agentliyinə danışan bir rəsmi şəxs deyib: "Metrolarda bomba yerləşdirilməsi ilə bağlı bir neçə dəfə telefon zəngləri edilib. Və bunun üzərinə Kazan və Leninqrad qatar stansiyalarının hər birindən, təxminən min adam evakuasiya olunub. Yaroslav qatar stansiyasında da 750 sərnişin çölə çıxarılıb".
Hazırda sözügedən qatar stansiyalarında polisin bomba axtarış əməliyyatı davam edir.