BAKI, 25 dek — Sputnik. Qara dəniz sahillərində qəzaya uğramış Rusiya təyyarəsinin daha 5 sərnişininin meyiti aşkar edilib və beləliklə, cəsədi tapılanların ümumi sayı 12 nəfərə çatıb.
Bu barədə öz mənbəsinə istinadən RİA Novosti məlumat yayıb.
"Daha 5 nəfərin meyiti aşkar edilib. Beləliklə, meyiti tapılanların ümumi sayı 12 nəfərə çatıb. Axtarış işləri davam etdirilir", — deyə mənbə bildirib.