BAKI, 22 dek — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlova sui-qəsd təşkil edən polis Mövlud Mərd Altıntaşın evində yazılı bir qeyd tapılıb. Sputnik Star qəzetinə istinadən xəbər verir ki, həmin qeyddə "ABŞ və Rusiyanın sonu yaxındır. Artıq qiyam zamanıdır", yazılıb.
Məlumatı Ankara Respublika Baş Prokurorluğu yayıb. Prokurorluq, həmçinin qeyd edib ki, evdə yazılı şəkildə tapılan bu qeyd hədəf itirmək məqsədi də daşıya bilər. Mövlud Mərd Altıntaşın evindən başqa hər hansı önəmli bir şey tapılmadığı bildirilib.