BAKI, 22 dek — Sputnik. Rusiyanın paytaxtı Moskvada partlayış baş verib. Hadisə "Kolomensk" metro stansiyasının keçidində olub.
Sputnik RİA-ya istinadən xəbər verir ki, metronun yeraltı keçidində yaşanıb. Nəticədə iki nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Polisin məlumatına görə, hadisəyə səbəb qaz balonunun partlamasıdır.