BAKI, 22 dek — Sputnik. 1993-cü il dekabrın 22-də Ermənistanın işğalçı qüvvələrinin hücümlarını dəf edən Azərbaycan Milli Ordusunun hissələri Fizüli rayonunun Arazboyu yaşayış məntəqələri istiqamətində əks-hücuma keçiblər.
Uğurlu əməliyyat nəticəsində rayonun bir sıra kəndləri və Horadiz qəsəbəsi işğaldan azad edildi.
Əməliyyatda 702 saylı hərbi hissənin döyüşçüləri xüsusi şücaət göstərdilər.