BAKI, 21 dek — Sputnik. "Prezident Vladimir Putinin bu ayın 23-də keçiriləcək illik mətbuat konfransında yüksək təhlükəsizlik tədbirləri görüləcək". Sputnik RT-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Vladimir Putinin iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə olur" — Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun dəfn mərasiminə görə V. Putinin mətbuat konfransının tarixi bir gün sonraya — dekabrın 23-nə keçirilib.