BAKI, 21 dek — Sputnik. Silahlı sui-qəsd nəticəsində həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun nəşi Moskvaya gətirilib. Ankara Esenboğa Hava Limanında təşkil olunan dövlət mərasimi ilə Moskvaya yola salınan Karlovun nəşini daşıyan təyyarəni Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Vnukovo Hava Limanında qarşılayıblar.
Sputnik TRT-yə istinadən bildirir ki, rus səfirin dəfn mərasimi cümə günü Moskvada keçiriləcək. Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bazar ertəsi, axşam saatlarında Ankarada qatıldığı bir sərgidə məruz qaldığı silahlı hücum nəticəsində həyatını itirib.