Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan səfirin öldürülməsindən danışdı: "Bir həftə əvvəl..."

© Photo : AA/Murat ChetinmuhurdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "Rusiya ilə əlaqələrimizin pozulmasına, zədələnməsinə icazə verməyəcəyik"

BAKI, 20 dek — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı yeni açıqlama verib. Sputnik xəbər verir ki, səfirin ölümünə duyduğu dərin kədəri ifadə edən Ərdoğan, onun haqqındakı bir xatirəsini də bölüşüb.

"Diplomat olaraq təqdir etdiyim bir yoldaş idi. 1 həftə əvvəl Tatarıstan Prezidentini yanıma gətirmişdi. Birlikdə bəzi dəyərləndirmələr etmişdik. İstiqanlı bir insan idi. Dünən onun sui-qəsdə qurban getdiyini eşitdim və bu, məni dərindən yaraladı. Şəxsim və millətim adına mənfur terror hücumunu qınayır və lənətləyirəm. Hörmətli Putinin şəxsində bütün dost Rusiya xalqına başsağlığı diləyirəm", — Ərdoğan bildirib.

Türkiyə Prezidenti sonda bunları deyib: "Rusiya ilə əlaqələrimizin pozulmasına, zədələnməsinə əsla icazə verməyəcəyik. Səfir Karlovun ailəsinə başsağlığı diləyirəm".

Xəbər lenti
0