BAKI, 20 dek-Sputnik. Facebook Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan üzr istəyib. Buna səbəb Mariya Zaxarovanın paylaşdığı ötən gün Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun şəklinin sosial şəbəkədən pozulması olub.
Sputnik-in məlumatına görə, Mariya Zaxarova buna görə facebook-un ondan rəsmən üzr istədiyini bildirib.
Daha sonra şirkət texniki yanlışlıq üzündən silinmiş şəkli və statusu bərpa edib.