BAKI, 19 dek — Sputnik. Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı basqına məruz qalıb. Hadisə Ankarada müasir sənətlər mərkəzindəki bir rəsm sərgisinin açılışında baş verib.
— April O'neil (@AprilTv6) 19 декабря 2016 г.
Ən son məlumatlara görə, hadisə yerinə cəlb olunan çevik polis qüvvələri hadisəni törədən şəxsi zərərsizləşdirərək gözaltına alıblar. Hürriyet-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə isə, əvvəlcə havaya atəş açan həmin şəxs, sonra bir neçə dəfə səfirin bədəninə atəş açıb.
— Hurriyet.com.tr (@Hurriyet) 19 декабря 2016 г.
Hadisə şahidlərinin Sputnik-ə verdiyi məlumata görə, hadisənin törədən şəxs atəş açmadan öncə, uca səslə "Hələbdə baş verənlərin intiqamını alacağıq" deyə qışqırıb və ardından səfirə atəş açmağa başlayıb. O, türkcə danışırmış.
— Hurriyet.com.tr (@Hurriyet) 19 декабря 2016 г.
İlkin məlumatlara görə, 25 yaşlarında olan naməlum şəxs saxta polis vəsiqəsi ilə zala daxil olduqdan sonra səfirin üz nahiyəsinə 3-4 dəfə atəş açıb. Ağır yaralı olan səfir təcili xəstəxanaya çatdırılıb.