BAKI, 19 dek — Sputnik. Rusiya Federasiyasına bağlı Yakutiya Respublikasında göyərtəsində, 39 nəfəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb. Sputnik xəbər verir ki, hadisədə ölən olmayıb. Bununla belə 16 nəfərin xəsarət aldığı bildirilir.
Xəbəri Rusiyanın Müdafiə nazirliyi də təsdiqləyib. Məlumata görə, təyyarə qəza anında 3 yerə parçalanıb. Lakin yanğın olmayıb. Bu da göyərtədəki insanların hadisədən sağ çıxmasına şərait yaradıb.