BAKI, 19 dek — Sputnik. Bu gün Türkiyədəki Rusiya səfiri Andrey Karlova qarşı törədilən silahlı hücumla bağlı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Sputnik xəbər verir ki, Peskov məsələ ilə bağlı Vladimir Putinə məruzə olunduğu bildirib.
Peskovun açıqlamasına görə, Putin, sözügedən məsələ ilə bağlı XİN naziri Serqey Lavrov və ölkənin kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşməyi planlaşdırıb.