BAKI, 19 dek — Sputnik. Rusiya Federasiyası Müftilər Şurasının sədri Ruşan Abyasov, yaxın vaxtlarda İslam dinini təbliğ edən yeni telekanalın açılacağını deyib. Sputnik Rusiya KİV-nə istinadən xəbər verir ki, o, hazırda müsəlman peyk telekanalının yaradılması üzərində işlədiklərini söyləyib.
Hazırda layihə danışıqlar mərhələsindədir və gələn il telekanalın test rejimində işə başlaması planlaşdırılır. "Kanal ilk mərhələdə rus dilində yayımlanacaq. Ancaq sonraki mərhələdə ingilis və ərəb dillərində də yayım ola bilər", — Ruşan Abyasov əlavə edib.