Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Henri Kissincer: "Biz ruslara hücum edirik..."

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş dövlət katibi ABŞ-ın Rusiyaya kiber-hücumlar etdiyinə işarə vurub

BAKI, 19 dek — Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "CBS News" telekanalına müsahibəsində ABŞ-ın Rusiyaya kiber-hücumlar etdiyinə ümidini ifadə edib: "Şübhəsiz ki, ruslar bizə hücum edirlər və mən ümid edirəm ki, biz də onlara bəzi hücumlar edirik".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi,arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi pis vəziyyətə düşüb

Keçmiş dövlət katibi qeyd edib ki, hər bir kəşfiyyat orqanı digər ölkələrin ərazilərində haker hücumlar aparır. Bundan başqa, Kissincer Rusiya prezidenti Vladimir Putini Fyodor Dostoyevskinin "Cinayət və cəza" əsərindəki qəhrəmana bənzədib: "O, Rusiyanın milli maraqlarının soyuq kalkulyatorudur. Onun üçün Rusiyanın identiklik məsələsi çox vacibdir".

Bundan əvvəl ABŞ kəşfiyyat orqanları Rusiyanı, ABŞ-da keçirilən prezident seçkilərinə təsir etməyə çalışmaqda günahlandırmışdı, rəsmi Kreml isə bu ittihamları rədd etmişdi. ABŞ prezidenti Barak Obama təhlükəsizlik xidmətlərindən prezidentlik müddətinin sonuna qədər bu haqda ətraflı hesabatın hazırlanaraq ona təqdim edilməsini istəmişdi. Seçkilərdən sonra isə Ağ Ev etiraf etmişdi ki, seçkilər ərzində haker aktivliyi qeydə alınmayıb.

Amerika senatorlarının bir hissəsi Barak Obamanı Rusiya hakimiyyəti və ABŞ seçkiləri arasındakı əlaqəni sübut edən məlumatları bəyan etməyə çağırıblar. Lakin Ağ Ev açıqlayıb ki, 20 yanvar 2017-ci il tarixində səlahiyyətlərini itirəcək hazırki administrasiyanın bunu etməyə vaxtı çatmayacaq.

Rusiya prezidenti Vladimir Putin isə bildirmişdi ki, ələ keçirilmiş məlumatlarda rəsmi Moskvanın maraqlarına uyğun olan heç nə yoxdur, səs-küyün əsl səbəbi isə diqqəti bu məlumatların məzmunundan yayındırmaqdır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da səslənən ittihamların tamamilə əsassız olduğunu bildirib. Onun sözlərinə görə, oxşar bəyanatlar "heç nəyə əsaslanmır və onları sübut edən heç bir fakt göstərilmir".

Xəbər lenti
0