BAKI, 15 dek — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, dekabrın 27-də Moskvada, Türkiyə, Rusiya, İran üçlüyü çərçivəsində toplantı keçiriləcəyini söyləyib. Sputnik timeturk-ə istinadən xəbər verir ki, o, Suriyanın Hələb şəhərində mülki əhaliyə qarşı qətliamın davam etdiyini bildirib.
"Suriya daxilində atəşkəsin təmin edilməsi və siyasi həllin tapılması istiqamətində müzakirələrin başlaması üçün səy göstəririk. Qarşıdakı müddətdə bu səylərimiz davam edəcək. Bununla bağlı olaraq, bu ayın sonunda — 27 dekabrda Moskvada Türkiyə, Rusiya, İran üçlüyünün yığıncağını reallaşdıracağıq", — Çavuşoğlu əlavə edib.